PSJ-ni Səudiyyə Ərəbistanı klubuna dəyişə bilər



PSJ-nin baş məşqçisi Kristof Qaltye Səudiyyə Ərəbistanına yollanmaq üzrədi. 56 yaşlı mütəxəssis Əl-Hilala rəhbərlik edə bilər.

Ərəb klubu fransalı çalışdırıcı ilə əməkdaşlıq şərtləri ilə bağlı danışıqlara başlayıb. Həmçinin PSJ də Qaltyeni istefaya göndərməyə hazırlaşır.

Qeyd edək ki, Kristof Qaltye ötən ildən PSJ-ni çalışdırır. Onun fransızlarla müqaviləsi 2024-cü ilin yayına qədərdi.


Yorumlar