Pirlonun yeni iş yeri rəsmən açıqlandı



Sampdoriyanın yeni baş məşqçisi bəlli olub.

Sözügedən komandanı bundan sonra Andrea Pirlo çalışdıracaq.

Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Pirlo məşqçilik karyerasına futbolçu kimi çıxış etdiyi Yuventusda başlayıb. Onun son iş yeri isə Türkiyə Fatih Karagümrükü olub.

Xatırladaq ki, Sampdoriya İtaliya A Seriyasının son mövsümünü sonuncu - 20-ci pillədə başa vurub və B Seriyasına yuvarlanıb.

Yorumlar